Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti iki turun oyunları arxada qalıb.
“AHF Arena”da təşkil olunan yarışın XXIII turunda mövsümə inamla start verən “İdman Akademiyası” ilə ən yaxın izləyicisi “Məhsul”un görüşü böyük maraqla gözlənilirdi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada tələbələrin qələbəsinə inananlar yanılmayıblar. “Məhsul”un ciddi müqavimətinə baxmayaraq oyun nominal ev sahibinin xeyrinə başa çatıb – 25:23. “Təhsil – “Dinamo” matçında daha inamlı oyun nümayiş etdirən “dinamoçular” pərəstişkarlarını sevindiriblər - 31:24. “Bakı” isə autsayder U-16 üzərində 44:25 hesablı qələbə qazanıb.
“İdman Akademiyası” komandası XXIV turun görüşündə “Məhsul” üzərində daha inamlı qələbəyə imza atıb – 32:20. “Təhsil” “Dinamo” ilə növbəti qarşılaşmada ötən turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 25:22. “Bakı” isə U-16 üzərində daha bir böyükhesablı qələbəni rəsmiləşdirib – 44:26.
Çempionata 51 xalla “”İdman Akademiyası” başçılıq edir. “Məhsul” ondan 10 xal geri qalır. “Dinamo” 39 xalla üçüncü, “Təhsil” 30 xalla dördüncü pillədədir. Beşinci yerdəki “Bakı”nın 13 xalı var. Hərəyə 3 xalı olan RİOEUGİM və U-16 komandaları son pillələri bölüşürlər.
Liderdən növbəti qələbə
2239
25.02.2023
Ölkə çempionu Avropa kubokunda mübarizəyə Avstriyada start verir
160
03.10.2025
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir
2099
10.06.2022
Kişi həndbolçuların pley-off görüşləri davam edir
2188
08.04.2018
Azərbaycan çempionatı: IV turun oyun cədvəli
1919
01.12.2023
Qadın həndbolçuların Azərbaycan çempionatında XV turun nəticələri
2124
11.03.2023
Həndbol hakimlərimiz Çempionlar Liqasında
2317
29.01.2021
2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib
2313
13.01.2023