Milli həndbol komandamız Bolqarıstan və Nigeriya ilə görüşəcək

11.03.2023
1447
Paylaş:

23 yaşlılardan ibarət milli həndbol komandamızın inkişaf etməkdə olan ölkələrin çempionatında rəqibləri müəyyənləşib. 
Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.
Püşkatmanın nəticələrinə görə iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla aşağıdakı qruplarda yarışacaqlar:
“A” - Malta, Andorra, Hindistan
“B” - Kipr, Moldova, Avstraliya
“C” - Böyük Britaniya, Kuba, Qvatemala
“D” - Azərbaycan, Bolqarıstan, Nigeriya
Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Digər Xəbərlər

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz Mübarək!

321 31.12.2024

“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi

1491 02.02.2018

Azərbaycan çempionatına yekun vuruldu

1231 28.04.2018

Azərbaycan çempionatı: I turun növbəti oyunları

545 14.09.2024

Milli komandamız beynəlxalq turnirə qatılıb

1484 11.06.2019

Beynəlxalq turnir: "Alatau Arulary” (Qazaxıstan) – Özbəkistan millisi 23:23

513 29.08.2024

“Bakı” çempionluq imkanlarını qorudu

820 06.05.2024

Bakıda həndbol üzrə seminar keçirilib

1333 25.05.2022