Mayın 25-də Azərbaycan Həndbol Federasiyasının hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminar işə başlayıb.
İki gün davam edəcək seminar beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi tərəfindən aparılıb.
Seminar iştirakçılarına Beynəlxalq Həndbol Federasiyasının “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı, çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Seminar zamanı yeni qaydalar həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən seminarda 30-a yaxın namizəd iştirak edib.
Sonda seminar iştirakçıları onlar üçün hazırlanmış test imtahanında iştirak edəcəklər. Seminarı uğurla başa vuran namizədlərə AHF tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, yeni qaydalar daxili yarışlarda iyulun 22-dən etibarən tətbiq ediləcək.
Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır
2391
02.03.2023
"Bakı" və “Azəryol” azarkeşlərini sevindirdi
1048
05.04.2025
Qadın həndbolçularımız Gürcüstanın yığma komandasına qalib gəliblər
2402
22.06.2022
Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib
2611
19.11.2022
Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
2407
13.03.2017
Həndbol üzrə yeni mövsümə start verilir
270
06.11.2025
"İdman Akademiyası" "Olimpiya" ilə oyunda qələbəni son anda əldən verib
2284
25.10.2018
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2359
02.03.2019