24 yaşadək kişilərdən ibarət həndbol millimiz Gürcüstan paytaxtı Tiflisdə keçirilən yarışa qatılıb. Komandamız inkişaf etməkdə olan ölkələrin həndbol turnirində Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistan seçmələri ilə eyni qrupda mübarizə aparır.
Həndbolçularımız yarışa uğurlu start veriblər. Millimiz ilk oyunda Hindistan seçməsi üzərində 45-29 hesablı qələbə qazanıb. İkinci oyunda Kolumbiya kollektivi həndbolçularımızdan üstün olub - 30:35. Böyük Britaniya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş isə 36:35 hesabı ilə britaniyalıların xeyrinə nəticələnib.
Sabah Kuba seçməsi ilə qarşılaşacaq millimiz qrup mərhələsinin son turunda Çin kollektivi ilə üz-üzəgələcək.
Qeyd edək ki, digər qrupda Gürcüstan, Bolqarıstan ,İrlandiya, ABŞ, Nigeriyavə Malta milliləri yer alıblar.
Azərbaycan Həndbol Federasiyası regionlardakı məşqçilər üçün seminar keçirib
1443
21.01.2025
Azərbaycan kubokunda ikinci finalçı müəyyənləşib
1144
22.05.2025
Favoritlərin inamlı qələbələri
2307
13.03.2023
Azərbaycan və Şimali Makedoniya milli komandaları qarşılaşacaqlar
1825
03.04.2024
Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib
2270
08.05.2023
Həndbolçularımız Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
2448
30.05.2019
Qadın həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar
2385
05.03.2018
“Azəryol” liderlə xal fərqini aradan qaldırıb
2681
09.03.2019