“Azəryol” və “Qarabağ” həndbol komandaları növbəti qələbələrini qazanıblar

17.01.2023
1433
Paylaş:

Qısa fasilədən sonra qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. 
7-ci turun “AHF Arena”da keçirilən ilk matçında “Azəryol” “U-16” komandasına göz açmağa imkan verməyib. Rəqiblər arasındakı səviyyə fərqi hesabda əksini tapıb - 51:13. 
“Azərsu” – “Qarabağ” görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar. “Qarabağ”ın tam üstünlüyü şəraitində keçən qarşılaşma 59:12 hesabı ilə nəticələnib. 
Çempionatın 8-ci turunda da favoritlər inamlı qələbə ilə azarkeşlərini sevindiriblər. “Qarabağ” “Azərsu”nu 54:15, “Azəryol” “U-16”nı 50:17 hesabı ilə məğlub edib. 
Aktivinə 18-ci xalı yazdıran “Azəryol” çempionatın lideridir. “İdman Akademiyası” ilə “Qarabağ”ın hərəyə 12 xalı var. “Azərsu” 6 xalla 4-cüdür. “U-16” hələ də xal qazana bilməyib. Növbəti turun oyunları yanvarın 21-də olacaq.

Digər Xəbərlər

“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

183 01.03.2025

IX turun oyun cədvəli

858 30.01.2024

"Azəryol" ciddi sınaq qarşısında

1442 30.08.2019

Kişi həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

963 24.01.2024

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub

1306 11.03.2022

2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib

1499 13.01.2023

Azərbaycanlı hakimlər Avropa çempionatında

1415 06.08.2021

“Azərsu” üçüncü dövrəyə qələbə ilə başladı

1666 24.01.2019