“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

01.03.2025
1248
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatının final mərhələsi davam edir. Yarışın növbəti günündə V-VI yerlər uğrunda mübarizə aparan “İdman Akademiyası” və “Dinamo” komandalarının görüşü maraqla gözlənilirdi. “AHF Arena”da keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. Fasiləyə 17:15 hesablı üstünlüklə yollanan dinamoçular ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. “İdman Akademyası” məğlubiyyətdən qurtulmağa çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Görüş “Dinamo”nun 35:30 hesablı qələbəsi ilə nəticələnib. 


Turun “Təhsil” – “Gənclər Birliyi” matçında isə daha inamlı oyun nümayiş etdirən nominal ev sahibi qələbə qazanıb – 38:24.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

2414 01.05.2022

“ABU Arena” idman kompleksi “AHF Arena” kimi fəaliyyətə başlayacaq

3167 15.09.2022

“Kür” məğlubiyyətsiz irəliləyir

1405 16.01.2025

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Azərbaycan-Moldova 28:29

1265 16.03.2025

“Azəryol”un Çağırış kubokundakı növbəti rəqibi müəyyənləşib

2508 27.11.2017

Millimiz məşqləri Mingəçevirdə davam etdirir

351 23.10.2025

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatında mübarizə davam edir

2449 19.08.2017

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirik!

1523 09.11.2024