Azərbaycan Həndbol Federasiyası regional seminar keçirib

01.10.2022
1530
Paylaş:

Azərbaycan Həndbol Federasiyası (AHF) tərəfindən həndbol idman növünün inkişaf etdirilməsi ilə bağlı regional seminar keçirilib.
Şirvan Olimpiya kompleksində təşkil olunan seminarda Neftçala, Saatlı, Biləsuvar, Kürdəmir, Şirvan, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan məşqçi-müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov iştirakçıları salamlayaraq, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, görüşlərin mütəmadi təşkil olunmasında məqsəd regionlarda həndbolun populyarlaşması və ona marağın artırılması istiqamətində işlərin davam etdirilməsidir.

Federasiyanın əməkdaşı Fəridə Əliyeva isə gələcəkdə keçiriləcək yarışların vaxtı, məkanı və sənədləşdirmə işləri ilə bağlı məlumat verib.
Seminarda, həmçinin regionlarda məşq prosesinin təşkili və təkmilləşdirilməsi, həndbol komandalarına seçilmə üsulları, yeni qaydalar və reqlamentlər ilə bağlı ətraflı söz açılıb. Məşqçi-müəllimlərin peşə səviyyələrinin artırılmasının uşaqlar arasında həndbol idman növünün inkişaf etdirilməsinə böyük təkan olacağı vurğulanıb.

Hər bir mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seminar zamanı tədbir iştirakçıları üçün toplar və oyun qaydaları təqdim olunub.

Sonda böyük məşqçilər - Çingiz Əzimov, Vidadi Əliyev tərəfindən nümunəvi məşq keçirilib.

İki gün davam edən seminarın əsas məqsədi nəzəri və praktiki biliklərin artırılması ilə yanaşı, yeniyetmələr arasında ehtiyat qüvvənin səviyyəsinin müəyyənləşdirilməsidir.


Seminarın təşkilinə görə federasiya rəhbərliyinə təşəkkür edən məşqçi - müəllimlər bu cür tədbirlərin davamlı olacağına ümid bəslədiklərini bildiriblər.

Digər Xəbərlər

Zəfər Gününüz Mübarək!

1169 08.11.2023

Azərbaycan çempionatı: “Kür” mövsümdə ilk dəfə məğlub oldu

843 19.02.2024

Favoritlərin növbəti qələbəsi

1438 25.11.2019

Favoritlərdən növbəti qələbələr

1564 10.03.2019

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub

1598 10.05.2022

Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri

373 21.12.2024

VII tur: Kür - İdman Akademiyası 49:16

893 14.01.2024

AÇ-2024-ün seçmə mərhələsi: Azərbaycan - Şimali Makedoniya 22:37

829 03.04.2024