Martın 26-da həndbol üzrə respublika çempionatında ikinci turun oyunlarına start verilib.
Qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxmaqla, ümumilikdə beş oyun keçirilib.
Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” “Qarabağ”ı 32:22, U18 İdman Akademiyası “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” və “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb - 24:24.
Çempionatın gərgin keçən sonuncu matçında U-16 komandası “Məhsul”a 26:25 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ikinci turun oyunları ərəfəsində bütün komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən toplar hədiyyə olunub.
“Bakı-2017”: Kişi həndbolçularımız İslamiadaya qələbə ilə başlayıblar
2344
09.05.2017
Milli komandamız növbəti matça çıxıb
2078
14.10.2023
Millimiz Litva seçməsinə qalib gəldi
1828
28.02.2024
Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra ən çox qol vuranların siyahısı
2119
30.12.2023
Gərgin mübarizədə qalib müəyyənləşmədi
1940
30.03.2024
“Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların tarixi dəqiqləşib
2534
08.10.2018
Həndbol komandalarımızın təlim-məşq toplanışlarına start verilir
2436
31.07.2018
İsgəndər Əsgərov növbəti təyinatlar alıb
2209
06.10.2022