Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinatlar alıb.
İsgəndər Əsgərov əvvəlcə qadınlardan ibarət klubların Avropa Həndbol Federasiyasının (EHF) Avropa Liqası kuboku uğrunda turnirinin ikinci təsnifat mərhələsində Türkiyənin “Yalıkavakspor” və Danimarkanın “Nükobinq Falster” komandalarının görüşündə AHF nümayəndəsi olacaq. Sözügedən qarşılaşma oktyabrın 9-da Türkiyənin Bodrum şəhərinin “Binnaz Karakaya” idman sarayında keçiriləcək.
Ardınca isə İsgəndər Əsgərov kişi həndbolçuların 2024-cü il Avropa çempionatının ikinci təsnifat mərhələsinin Türkiyə - Şimali Makedoniya matçına təyinat alıb. O, oktyabrın 16-da Van şəhərində keçiriləcək oyunda da AHF nümayəndəsi olacaq.
Qeyd edək ki, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyan İsgəndər Əsgərov, 2010-cu ildən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edir.
Həndbolçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar
2538
28.02.2020
AHF-də iclas keçirilib
2832
14.11.2021
Ölkə çempionatının favoritləri növbəti qələbələrini qazanıblar
2296
28.10.2017
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1153
08.09.2025
“Kür” rəqiblərini qabaqlayır
1355
22.01.2025
Azərbaycan və Şimali Makedoniya milli komandaları qarşılaşacaqlar
1825
03.04.2024
“Kür”ün qadın həndbolçuları yenidən Avropa səhnəsində
400
03.10.2025
Kişi həndbolçulardan ibarət “Bakı” komandası məşqləri Mingəçevirdə davam etdirəcək
2638
24.08.2018