"Məhsul" liderliyi davam etdirir

17.02.2020
1338
Paylaş:

Kişi  həndbolçuların  ölkə  çempionatında  XI  turun  oyunları  keçirilib.  Günün  böyük  maraqla  gözlənilən  matçında  “Bakı”  və  “Məhsul”  komandaları  üz-üzə  gəliblər.  Çempionluğa  iddialı  rəqiblərin  növbəti  görüşündə   “Bakı”  komandası    yarış  cədvəlinin  lideri  ilə  iki  xallıq  fərqi  aradan  qaldırmaq   niyyətində  idi.  Amma   nominal  ev  sahibi  çox  çalışsa  da,  istəyini  reallaşdıra  bilməyib.  Yüksək  əzmkarlıq  nümayiş  etdirən  “Məhsul”  oyunu  qələbə  ilə  başa  vurub  –  26:23.

Günün  digər  görüşündə  isə  “Təhsil”  və  U-18  komandaları  qarşılaşıblar.  Meydançaya  favorit  qismində  çıxan  “Təhsil”  rəqibə  göz  açmağa  imkan  verməyib.  Təhlükəli  həmlələrin  qarşısını  almaqda  çətinlik  çəkən  U-18  növbəti  məğlubiyyətlə  barışmalı  olub  –  13:29.

11  oyundan  20  xal  toplayan  “Məhsul”  komandası  çempionatın  vahid  lideridir.  “Bakı”  ondan  4  xal  geri  qalır.  Üçüncü  pillənin  sahibi  “Təhsil”in  aktivində  5  xal  var.  U-18  1  xalla  yarış  cədvəlinin  autsayderidir.

Azərbaycan  çempionatında  növbəti  oyunlar  fevralın  19-na  təyin  olunub.  Həmin  gün  qadın  həndbolçular  meydançaya  çıxacaqlar.  Azarkeşləri  “Azərsu”  –  “Qarabağ”  və  “Azəryol”  –  “İdman  Akademiyası”  görüşləri  gözləyir.

Digər Xəbərlər

Milli komandamız beynəlxalq turnirə qatılıb

1483 11.06.2019

“Təhsil” ikinci pillədəki mövqeyini möhkəmlədib

177 10.03.2025

"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı

1380 25.03.2018

X tur: Dinamo - Bakı 20:44

843 09.02.2024

Azərbaycan çempionatı: VIII turun ilk oyun gününün nəticələri

921 27.01.2024

Yeniyetmə həndbolçular ölkə birinciliyində bacarıqlarını göstəriblər

1670 24.04.2017

AHF-də iclas keçirilib

1828 14.11.2021

Bakıda beynəlxalq həndbol turnirinə start verilib

1436 08.05.2019