Bakıda beynəlxalq həndbol turnirinə start verilib

08.05.2019
2388
Paylaş:

Paytaxtımız  bu  günlər  daha  bir  beynəlxalq  yarışa  ev  sahibliyi  edir.  Söhbət  Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  96-cı  ildönümünə  həsr  edilən  həndbol  turnirindən  gedir.



Yarışın  təşkilatçıları  əvvəlcə  fəxri  xiyabana  yollanıblar.  Azərbaycan,  Gürcüstan  və  İraq  həndbol  federasiyalarının  nümayəndələri,  ulu  öndər  Heydər  Əliyevin  xatirəsini  dərin  hörmətlə  yad  edərək,  məzarı  önünə  gül  dəstələri  qoyublar.

ABU  Arenada  keçirilən  beynəlxalq  turnirdə  4  komanda  mübarizə  aparır.  Azərbaycan  bu  yarışda  iki  kollektivlə  təmsil  olunur.  Kişilərdən  ibarət  əsas  milli  ilə  yanaşı,  24  yaşadək  həndbolçulardan  ibarət  seçməmiz  də  ənənəvi  turnirdə  bacarığını  göstərir.  İraq  da  yarışa  əsas  milli  ilə  qatılıb.  Gürcüstanın  isə  U-24  komandası  xatirə  turnirinin  iştirakçıları  sırasındadır.

Yarışın  ilk  günündə  keçirilən  oyunlar  gərgin  və  maraqlı  mübarizə  ilə  yadda  qalıb.  İraq  seçməsi  ilə  U-24  komandamızın  görüşündə  qonaqlar  qələbə  qazanıblar  –  36:19.  Əsas  millimizlə  Gürcüstanın  U-24  seçməsinin  görüşü  isə,  26:28  hesabı  ilə  başa  çatıb.

Qeyd  edək  ki,  beynəlxalq  turnirin  qalib  və  mükafatçıları  mayın  10-da  müəyyənləşəcək.

Digər Xəbərlər

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Azərbaycan-Nigeriya 17:29 (8:9)

1281 12.03.2025

Hakimlərimiz EHF kubokunda

2407 24.01.2020

Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)

1394 27.11.2024

Azərbaycan çempionu Danimarka təmsilçisi ilə qarşılaşacaq

2434 04.10.2017

Azərbaycan çempionatı: III turun ilk oyun gününün nəticələri

2148 25.11.2023

“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb

2901 24.10.2018

"Qarabağ"dan növbəti qələbə

1385 27.02.2025

AHF nümayəndəsi Türkiyəyə yollanacaq

2502 06.02.2017