Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı

30.01.2020
1300
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  kuboku  yarışında  ilkin  mərhələyə  yekun  vurulub.  Azarkeşlər  qrup  turnirinin  son  oyun  günündə  də  maraqlı  qarşılaşmalar  izləyiblər.

Meydançaya  əvvəlcə  “Azərsu”  və  “Qarabağ”  komandaları  çıxıblar.  İlk  iki  oyunu  qələbə  ilə  başa  vuran  rəqiblərin  dueli  qrup  liderini  müəyyənləşdirəcəkdi.  Bu  baxımdan  gərgin  mübarizə  vəd  edən  qarşılaşmada  “Qarabağ”ın  qələbəsinə  inananlar  yanılmayıblar.  Nominal  qonaqlar  kifayət  qədər  ciddi  müqavimət  göstərən  rəqibin  müqavimətini  çətinliklə  də  olsa  qırıblar  –  31:28.

Günün  digər  matçında  “Azəryol”  “İdman  Akademiyası”nı  sınağa  çəkib.  Turnirin  aşkar  autsayderi  ilə  oyun   favorit  üçün  elə  də  çətin  alınmayıb.  Rəqibi  əksər  göstəricilərdə  üstələyən  “Azəryol”  oyunu  37:30  hesablı  qələbə  ilə  başa  vurub.

Qrup  yarışlarının  nəticələrinə  əsasən,  apreldə  keçiriləcək  yarımfinal  oyunlarında   “Qarabağ”  “İdman  Akademiyası”  ilə,  “Azərsu”  “Azəryol”  ilə  qarşılaşacaq.  Kukokun  sahibi  isə  may  ayında  müəyyənləşəcək.

Xatırladaq  ki,  kişi  həndbolçuların  yarımfinal  görüşlərində  “Məhsul”  U-18  komandası  ilə,  “Bakı”  isə  “Təhsil”lə  üz-üzə  gələcək.

Digər Xəbərlər

Zəfər Gününə həsr olunmuş zona yarışına start verilib

1275 07.11.2022

Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

1806 07.05.2019

İslamiada: Kişi həndbolçularımız Səudiyyə Ərəbistanı ilə görüşdə məğlub olublar

1371 10.05.2017

Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib

1459 27.03.2022

"Bakı" komandası mübarizəni dayandırıb

1556 14.10.2018

Olimpiya çempionumuzun yubileyi qeyd olunub

1136 31.10.2023

Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur

1370 26.01.2020

Milli komandamız beynəlxalq turnirdə növbəti qələbə qazanıb

1363 13.04.2017