Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur

26.01.2020
2320
Paylaş:

Kişi  həndbolçuların  ölkə  kuboku  turnirində  qrup  mərhələsinə  yekun  vurulub.  Son  oyun  günündə  əvvəlcə  “Məhsul”  və  U-18  komandaları  meydançaya  çıxıblar.  Bu  görüşdə  yarışın  əsas  favoritinin  autsayder  üzərində  asan  qələbə  çalacağı  gözlənilsə  də,  "Məhsul”  yüksək  əzmkarlıq  göstərən  rəqibin  müqavimətini  çətinliklə  qırıb.  Gərgin  mübarizə  şəraitində  keçən  oyun  25:22  hesabı  ilə  nəticələnib.
Günün  ikinci  qarşılaşması  haqqında  da  eyni  fikirləri  səsləndirmək  olar.  “Təhsil”lə  oyuna  favorit  qismində  çıxan  “Bakı”  qarşıya  qoyulan  tapşırığı  yerinə  yetirib.  Lakin  qələbənin  heç  də  asan  başa  gəldiyini  söyləmək  olmaz.  “Bakı”  komandası  rəqibi  cəmi  4  xal  fərqi  ilə  üstələməyi  bacarıb  –  29:25.
Qrup  oyunlarının  nəticələrinə  əsasən,  “Məhsul”  mərhələni  ilk  pillədə  başa  vurub.  “Bakı”  2-ci,  “Təhsil”  3-cü,  U-18  4-cü  yerdə  qərarlaşıb.
Aprel  ayında  keçiriləcək  yarımfinal  oyunlarında  “Məhsul”  U-18  komandası  ilə,  “Bakı”  isə  “Təhsil”lə  üz-üzə  gələcək.
Azərbaycan  kubokunun  sahibi  mayda  müəyyənləşəcək.

Digər Xəbərlər

Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar

2319 18.02.2022

“Azəryol” gərgin mübarizədə “Nur”a qalib gəlib

2109 12.11.2017

Zəfər Gününə həsr olunmuş zona yarışı başa çatıb

2204 08.11.2022

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

2413 01.05.2022

Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək

2207 16.08.2017

Bugünkü oyunların nəticələri

1950 06.02.2024

Ölkə çempionatı: "Dinamo" - "Azəryol" 32:29 (18:16)

71 14.01.2026

"Nur" gərgin mübarizədən qalib ayrıldı

2272 09.02.2018