Qonaqlar Mingəçevirdən əliboş döndülər

16.02.2025
1283
Paylaş:

Bu gün həndbol üzrə Azərbaycan çempionatlarında daha iki qarşılaşma olub. Kişilərin final mərhələsində I-IV yerlər uğrunda mübarizə aparan “Kür”lə “Bakı”nın oyunu gözlənildiyi kimi gərgin və maraqlı alınıb. Fasiləyə 13:9 hesablı üstünlüklə yollanan Mingəçevir həndbolçuları ikinci hissədə rəqibin ciddi müqavimətinə baxmayaraq görüşü qələbə ilə başa vurublar – 23:21.


“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən digər oyunda qadın həndbolçulardan ibarət “Kür” komandası “İdman Akademiyası”nı qəbul edib. Çempionluğa iddialı Mingəçevir təmsilçisi bu qarşılaşmada da azarkeşlərini sevindirməyi bacarıb. Maraqlı mübarizə şəraitində keçən görüş “Kür”ün 30:23 hesablı qələbəsi ilə nəticələnib.

Digər Xəbərlər

"Qarabağ" favorit üzərində qələbə qazandı

2488 16.10.2019

Azərbaycan kuboklarının sahibləri məlumdur

1791 31.05.2024

AÇ-2024-ün seçmə mərhələsi: Azərbaycan - Şimali Makedoniya 22:37

1803 03.04.2024

Bu gün Yel çərşənbəsidir

1188 11.03.2025

Azərbaycan cempionatında daha 4 oyun keçiriləcək

1230 02.05.2025

Azərbaycan çempionatı, II tur: Oyun cədvəli

2141 17.11.2023

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

2600 05.11.2022

Azərbaycan birinciliyinin final mərhələsi başlandı

1870 28.06.2024