Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinə bu gün yekun vurulub.
Yarış təşkilatçıları və turnirə qatılan Gürcüstanın nümayəndə heyəti həlledici oyunlardan əvvəl Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Turnirin son oyun günü gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. “Batumi” və Gürcüstanın “U-20” komandasının görüşündə qalibin adına bir xal aydınlıq gətirib – 37:36. Gərginliyi ilə heç də geri qalmayan “Bakı” - “Məhsul” matçında isə ikincilər 41:39 hesabı ilə qalib gəliblər.
Üç gün davam edən maraqlı mübarizənin nəticələrinə əsasən, “Məhsul” komandası yarışın baş mükafatına layiq görülüb. “Bakı” və “Batumi” kollektivləri “ilk üçlüyü” qapayıblar.
Bağlanış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. Həmin siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Orxan Abbasov Azərbaycanın dünyanın idman mərkəzinə çevrilməsini məhz bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Gözəl və maraqlı mübarizəyə görə həndbolçulara minnətdarlığını bildirən federasiya rəsmisi qaliblərə təbriklərini çatdırmaqla yanaşı, digər komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edərək gələcək yarışlarda uğurlar arzulayıb. Bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident Gürcüstan həndbolçuları ilə təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar
2349
02.07.2018
Azərbaycan çempionatında XII turun oyun cədvəli
2189
23.02.2024
Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır
2517
28.09.2022
Müstəqillik Gününüz mübarək!
1672
28.05.2024
Avropa Kuboku: Azəryol (Azərbaycan) - Qaliçanka (Ukrayna) 22:36 (12:15)
1495
05.10.2024
Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)
1394
27.11.2024
Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır
2391
02.03.2023
İsgəndər Əsgərov növbəti təyinat alıb
2518
31.03.2022