"Azəryol" - "Azərsu" görüşündə gərgin mübarizə

05.12.2019
1592
Paylaş:

Qadın  həndbolçuların  ölkə  çempionatında  VII  turun  görüşləri  keçirilib.  Günün  böyük  maraqla  gözlənilən  oyununda  “Azəryol”  və  “Azərsu”  komandaları  üz-üzə  gəliblər.  Gərgin  mübarizə  vəd  edən  qarşılaşmada  ciddi  müqavimət  göstərən  “Azərsu”  çox  çalışsa  da,  məğlubiyyətdən  yaxa  qurtara  bilməyib  –  24:28.

Turun  digər  qarşılaşmasında  “Qarabağ”  “İdman  Akademiyası”nı  qəbul  edib.  Autsayderlə  oyuna  aşkar  favorit  qismində  çıxan  “Qarabağ”  növbəti  qələbəsini  çətinlik  çəkmədən  qazanıb-  38:24.

Hərəyə  12  xalı  olan  “Azəryol”  və   “Qarabağ”  komandaları    çempionatın  şərikli  liderləridir.  3-cü  pillədə  qərarlaşan  “Azərsu”nun  4  xalı  var.  Autsayder  “İdman  Akademiyası”nın  aktivində  hələ  də  xal  yoxdur.

Dekabrın  11-də  keçiriləcək  növbəti  oyunlarda  “Azəryol”  “Qarabağ”la,  “İdman  Akademiyası”  “Azərsu”  ilə  qarşılaşacaq.

Digər Xəbərlər

Liderlərdən növbəti qələbə

1680 17.02.2018

Avropa Kuboku: ZRK Krivaja - Azeryol HC 31:29

1417 30.09.2023

Favoritlər qələbə qazandılar

1584 26.10.2019

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

1486 13.03.2017

"Qarabağ"-"Azərsu" görüşündə gərgin mübarizə qeydə alınıb

1634 02.12.2017

"İdman Akademiyası" "Olimpiya" ilə oyunda qələbəni son anda əldən verib

1434 25.10.2018

Bakıda beynəlxalq həndbol turnirinə start verilib

1541 08.05.2019

Yeni Həndbol Liqası keçirilr

1736 24.01.2020