Qadın həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları da arxada qalıb.
Turun böyük maraqla gözlənilən görüşündə çempionluğa namizədlər üz-üzə gəliblər. “Azəryol” komandası çox çalışsa da, baş mükafat uğrunda mübarizədə əsas rəqibinin qələbəsinə mane ola bilməyib. Qarşılaşma 25:21 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.
Günün digər oyununda isə “İdman Akademiyası” – “Gənclər Birliyi” üzərində qələbə qazanıb – 37:31.
14 oyundan 26 xal toplayan Azərsu son qələbə ilə çempionluğa doğru inamlı addım atıb. Bir oyun az keçirən Azəryol artıq əsas rəqibindən 4 xal geri qalır. Bu tur “Olimpiya” ilə oyunu təxirə salınan “Qarabağ” 14 xalla 3-cü pillədə qərarlaşıb. Autsayder “Gənclər Birliyi”nə qalib gələn “İdman Akademiyası” isə Gürcüstan təmsiçisi ilə xalları bərabərləşdirib. Bu komandalar hərəyə 7 xalla 4-cü, 5-ci yerləri bölüşürlər.
Qadın həndbolçular kubok mübarizəsinə başladılar
2416
15.01.2020
Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib
2271
08.05.2023
Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib
2279
02.11.2022
Həndbol üzrə Azərbaycan çempionatı başlanır
2537
13.02.2017
Ramazan bayramınız mübarək!
1173
29.03.2025
“Azəryol” liderlə xal fərqini azaldıb
2422
24.02.2019
“Azəryol” çempionluğun astanasında
1124
08.04.2025
Azərbaycan çempionu Danimarka təmsilçisi ilə qarşılaşacaq
2434
04.10.2017