“Azərsu” vahid liderliyə yüksəldi

09.02.2019
2357
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  13-cü  turun  oyunları  da  arxada  qalıb.

Turun  böyük  maraqla  gözlənilən  görüşündə  çempionluğa  namizədlər  üz-üzə  gəliblər.  “Azəryol”  komandası  çox  çalışsa  da,  baş  mükafat  uğrunda  mübarizədə  əsas  rəqibinin  qələbəsinə  mane  ola  bilməyib.  Qarşılaşma  25:21  hesabı  ilə  “Azərsu”nun  xeyrinə  nəticələnib.

Günün  digər  oyununda  isə  “İdman  Akademiyası”  –  “Gənclər  Birliyi”  üzərində  qələbə  qazanıb  –  37:31.

14  oyundan  26  xal  toplayan  Azərsu  son  qələbə  ilə  çempionluğa  doğru  inamlı  addım  atıb.  Bir  oyun  az  keçirən  Azəryol  artıq  əsas  rəqibindən  4  xal  geri  qalır.  Bu  tur  “Olimpiya”  ilə  oyunu  təxirə  salınan  “Qarabağ”  14  xalla  3-cü  pillədə  qərarlaşıb.  Autsayder  “Gənclər  Birliyi”nə  qalib  gələn  “İdman  Akademiyası”  isə  Gürcüstan  təmsiçisi  ilə  xalları  bərabərləşdirib.  Bu  komandalar  hərəyə  7  xalla  4-cü,  5-ci  yerləri  bölüşürlər.

Digər Xəbərlər

Saleh Məmmədov Avropa Həndbol Federasiyasının 17-ci konqresində iştirak edəcək

755 16.09.2025

“Azəryol” daha bir inamlı qələbə qazanıb.

2358 14.10.2017

Millimizin üzvü “IHF Trophy” turnirində fərqləndi

93 03.12.2025

Həndbol üzrə Azərbaycan çempionatında 3 oyun keçirilib

2167 16.02.2017

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

2308 12.12.2023

Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur

2224 26.01.2020

Müqəddəs Qurban bayramınız mübarək!

1245 06.06.2025

Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı

2254 07.10.2017