Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib.
“AHF Arena”da təşkil olunan yarışın VII turunda “Təhsil” -“Məhsul” görüşü daha çox diqqət çəkib. Fasiləyə 1 top fərqi ilə üstün yollanan “Təhsil” həndbolçuları 2-ci hissədə “Məhsul”un ciddi müvqaviməti ilə üzləşiblər. Buna baxmayaraq nominal ev sahibləri matçı qələbə ilə başa vurublar - 21:20. Bu komandaların VIII tura təsadüf edən qarşılaşmasında da “Təhsil” qələbə qazanıb-17:16.
“Dinamo” U 16-nı hər iki turda məğlub edib. VII turda 54:22 hesabı ilə üstün olan “dinamoçular” digər görüşdə də böyük hesablı qələbəyə seviniblər - 60:32.
“Bakı” da da hər iki turun oyununda rəqibinə qalib gəlib. Paytaxtın eyniadlı komandası RİOEUGİM kollektivi ilə oyunlarda müfafiq olaraq 37:24 və 30:18 hesablı qələbə qazanıb.
“İdman Akademiyası” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Dinamo” ondan 6 xal geri qalır. “Təhsil” 42 xalla 3-cü, “Məhsul” 41 xalla 4-cü yerdədir.
19 xalı olan “Bakı” 5-ci pillədə qərarlaşıb. RİOEUGİM və U-16 6 xalla autsayderdir.
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir
2253
10.06.2022
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub
2619
11.04.2022
Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33
2562
06.08.2023
İsgəndər Əsgərova daha bir etimad
1398
07.11.2024
Liderlərdən növbəti qələbə
2627
17.02.2018
Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43
2135
20.10.2023
Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar
2319
18.02.2022
Həndbolçularımız Avropa çempionatının təsnifat turnirinə qələbə ilə başlayıblar
2420
12.01.2023