Milli komandamız Maltaya yollanır

08.01.2019
2480
Paylaş:


Kişi  həndbolçulardan  ibarət  milli  komandamız  ciddi  sınaq  qarşısındadır.



Həndbolçularımızı  2022-ci  ildə  Macarıstan  və  Slovakiyada  təşkil  olunacaq  Avropa  çempionatının  ilkin  təsnifat  mərhələsində  mübarizə  gözləyir. 



Azərbaycan  seçməsi  sabah  bu  məqsədlə  Maltaya  yola  düşəcək.



Xatırladaq  ki,  2018-ci  il  sentyabrın  28-də  Vyanada  keçirilən  püşkatmanın  nəticəsinə  əsasən,



 “B”  qrupunda  qərarlaşan  Azərbaycan  seçməsi,  Kipr,  Gürcüstan  və  Malta  kollektivləri  ilə  yarışacaq.



Millimizin  yer  aldığı  qrupun  görüşləri  Maltada  təşkil  olunacaq.  Yanvarın  11-də  Kiprlə  qarşılaşacaq  həndbolçularımız   ertəsi  gün  Gürcüstanla,  ayın  13-də  isə  Malta  ilə   üz-üzə  gələcəklər.  Qarşılaşmalar  Kospikua  şəhərinin  “Kottonera  Sports  Kompleks”  arenasında  keçiriləcək.



Qeyd  edək  ki,  2022-ci  il  Avropa  çempionatının  növbəti  təsnifat  mərhələsinə  yalnız  qrup  qalibləri  vəsiqə  qazanacaqlar.

Digər Xəbərlər

Bakıda keçirilən beynəlxalq turnirin qalibi müəyyənləşdi

2369 10.05.2019

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

2428 08.02.2023

“Azəryol” və “Kür” şərikli liderdir

1399 22.01.2025

Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb

2362 25.04.2023

Həndbol üzrə XXVIII Azərbaycan çempionatına kişi idmançıların mübarizəsi ilə start verilib

2278 21.03.2022

Kişi həndbolçuların Azərbaycan çempionatında  fasiləyə yekun vurulub.

2417 27.01.2019

Bakıda beynəlxalq həndbol turniri başlandı

1376 28.08.2024

Azərbaycan çempionatına yekun vurulub

2407 30.04.2019