Martın 20-də həndbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib.
Çempionatın açılış oyununda Şağan Olimpiya İdman Kompleksində kişilərdən ibarət “Gənclər Birliyi” və “Bakı” komandaları üz-üzə gəliblər. Oyun “Bakı” kollektivinin 34:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana qadın həndbolçular çıxıblar. “İdman Akademiyası” komandası ilə görüşən "Qarabağ" klubu qarşılaşmanı öz xeyrinə başa vurub - 43:24.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionatın açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti Saleh Məmmədovun salamlarını və bayram təbriklərini yarış iştirakçılarına çatdırıb. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən O.Abbasov bu gün həndbolçular üçün ikiqat bayram olduğunu xüsusi vurğulayıb.
Vitse-prezident pandemiya şəraiti ilə əlaqədar uzun sürən fasilədən sonra həndbol üzrə növbəti çempionatın keçirilməsinə göstərilən dəstəkdən danışaraq Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.
Yeni mövsümün gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını bildirən federasiya rəsmisi çempionatında yarışan komandalara uğurlar arzulayıb.
Açılış mərasimi başa çatdıqdan sonra kişilərin mübarizəsində U 16 – U 18 İdman Akademiyası komandalarının görüşü heç-heçə başa çatıb - 29:29.
Daha sonra meydançaya çıxan “Azəryol” və “Azərsu” kollektivlərinin görüşündə daha inamlı oyun göstərən “Azəryol” rəqibini böyük hesabla məğlub edib - 34:3.
İlk oyun gününün sonuncu "Təhsil" - "Məhsul" matçı isə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Tərəflərin cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb - 26:26
Xatırladaq ki, martın 26-da isə “Bakı – “Təhsil”, “Qarabağ” – “Azəryol”, U 18 İdman Akademiyası – “Gənclər Birliyi”, “Azərsu” – “İdman Akademiyası”, “Məhsul” – U 16 qarşılaşmaları keçiriləcək.
Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər
2224
13.05.2017
Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək
2172
19.10.2023
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
2474
31.03.2024
Azərbaycan çempionatı, X tur: “Azəryol”- “Kür” 30:28 (12:16)
1408
25.01.2025
“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb
2338
21.02.2023
"Azəryol"u Mingəçevirdə çətin sınaq gözləyir
1396
01.03.2025
Həndbol hakimləri mükafatlandırıldı
2640
27.11.2021
Avropa çempionatında qrup mərhələsinə yekun vurulub
2196
10.08.2023