ABU Arenada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ənənəvi həndbol turnirinə yekun vurulub.
Beynəlxalq yarışın son turunun görüşləri də maraqlı mübarizə ilə yadda qalıb. Azərbaycan və Gürcüstanın 24 yaşadək həndbolçulardan ibarət komandalarının qarşılaşması 27-33, əsas millimizlə İraq seçməsinin görüşü isə 21-39 hesabı ilə başa çatıb. Son turun oyunlarında U-24 seçməmizlə əsas millimizin qarşılaşması daha böyük maraq doğurub. Gərgin mübarizə şəraitində keçən oyunda gənc həndbolçular 39-34 hesabı ilə qələbə qazanıblar. İraq komandası isə Gürcüstanın U-24 komandasına aman verməyib - 41:20.
Beləliklə, rəqiblərindən daha üstün çıxış edən İraq seçməsi xatirə turnirinin qalibi adına layiq görülüb. Gürcüstan komandası 2-ci, Azərbaycanın gənc həndbolçuları 3-cü, əsas millimiz isə 4-cü yeri tutub.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov dəvəti müsbət qarşıladıqlarına və maraqlı mübarizəyə görə yarış iştirakçılarına minnətdarlığını bildirib. Bu cür yarışların əhəmiyyətini yüksək qiymətləndirən federasiya rəsmisi növbəti turnirlərdə komandaların sayının daha da artırılacağını vurğulayıb.
Baş mükafata sahib çıxan İraq komandasının üzvlərinə, həmçinin fərqlənən digər həndbolçulara kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, 3 gün davam edən yarışda 3 ölkənin kişilərdən ibarət komandaları mübarizə aparırdı.
Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir
1704
06.06.2024
Azərbaycan çempionatı, II tur: Oyun cədvəli
2141
17.11.2023
İsgəndər Əsgərov “Beşiktaş”ın oyununda
1262
21.02.2025
"Azəryol" inamlı qələbə qazanıb
2617
23.12.2017
"Qarabağ" favorit üzərində qələbə qazandı
2488
16.10.2019
Lüdmila Şubina Fəxri fərmanla təltif edilib
2101
09.10.2023
“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb
2541
23.12.2018
"Məhsul" Avrokuboklarda mübarizəyə qatılır
2473
03.10.2019