"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

19.11.2018
1405
Paylaş:

Qadın  həndbolçulardan  ibarət  “Azəryol”  klubu  Avropa  Həndbol  Federasiyasının “Challenge  Cup” (Çağırış  kuboku)  turnirində  mübarizəni  dayandırıb.  Xəbər  verdiyimiz  kimi,  qitə  miqyaslı  yarışın  3-cü  mərhələsində  “Ankara  Yenimahalle  BSK”  komandası  ilə  ilk  görüş  həndbolçularımızın  qələbəsi  ilə  bitmişdi. Fasiləyə  17:17  hesabı  ilə  yollanan  rəqiblərin  ikinci  hissədəki  duelindən  "Azəryol"  qalib  ayrılmışdı  -  30:29.

Noyabrın  18-də  Türkiyə  paytaxtının  “THF  Spor  Kompleks”  arenasında  təşkil  olunan  cavab  oyunu  da  gərgin  mübarizə  şəraitində  keçib.  Təəssüf  ki,  minimal  üstünlüyü  qorumağa  çalışan  həndbolçularımız  doğma  meydança  amilindən  faydalanan  rəqibin  qarşısını  ala  bilməyiblər.  Görüş  31:24  hesabı  ilə  Türkiyə  təmsilçisinin  xeyrinə  başa  çatıb.  Beləliklə,  iki  oyunun  nəticəsinə  əsasən,  növbəti  mərhələyə “Ankara  Yenimahalle  BSK”  komandası  çıxıb.

Xatırladaq  ki,   Şerif  Xema  və  Yahya  Besfortdan  ibarət  kosovolu  hakimlər  briqadasının  idarə  etdiyi  qarşılaşmalar  əvvəlcədən  razılaşdırıldığı  kimi  Ankarada  keçirilib.

Digər Xəbərlər

Beynəlxalq turnir: "Azəryol” (Azərbaycan) – "Astana” (Qazaxıstan) 32:34

494 29.08.2024

“Qarabağ”la “Kür” liderlik mövqeyini möhkəmlədib

844 05.02.2024

"Azəryol" çətin dueldən qalib ayrıldı

90 19.04.2025

Həndbol üzrə Azərbaycan çempionatında mübarizə davam edir

1463 17.02.2017

Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

1296 16.02.2017

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

1524 08.02.2023

AHF-nin iclası keçirilib

1433 12.09.2023

Həndbol üzrə XXX Azərbaycan kubokuna start verilir

722 21.05.2024