Kişi və qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.
Həftəsonu hər iki yarışda IX turun oyunları keçirilib. Qadınların çempionatında tura “Azəryol – “Bakı” matçı ilə start verilib. “AHF Arena”ya nominal ev sahibi qismində çıxan “Azəryol” favorit statusunu inamlı qələbə ilə təsdiqləyib – 44:10. “Qarabağ” - “İdman Akademiyası” görüşündə də böyük hesablı qələbə qeydə alınıb. Rəqibi əksər göstəricilərdə üstələyən “Qarabağ” meydançadan 40:17 hesablı qələbə ilə ayrılıb. Mingəçevirin “Kür” komandası isə “Gənclər Birliyi” ilə oyunda pərəstişkarlarını sevindirib – 53:12. “Qarabağ” 16 xalla çempionatın lideridir. “Azəryol” ondan bir xal geri qalır. “Kür”ün 13, “İdman Akademiyası”nın 6, “Bakı”nın 4 xalı var. “Gənclər Birliyi” hələ də xal üzünə həsrətdir.
Kişilərin yarışında da bu tur gözlənilməz nəticə qeydə alınmayıb. “İdman Akademiyası” – “Qarabağ” görüşündə ehtimal olunduğu kimi ikincilər etimadı doğruldublar – 16:36, “Bakı” “Təhsil” komandasını böyük hesablı məğlubiyyətə uğradıb - 40:23. “Kür” – “Dinamo” matçı isə Mingəçevir həndbolçularının 57:17 hesablı qələbəsi ilə nəticələnib.
“Kür” 16 xalla yarış cədvəlinə başçılıq edir. “Azəryol”, “Bakı” və “Qarabağ”ın hərəyə 10 xalı var. “Dinamo” ilə “İdman Akademiyası” hələ ki 3 xalla kifayətlənir. Sonuncu yerdəki “Təhsil”in aktivində isə 2 xal var.
Lider mövqeyini bir qədər də möhkəmlədib
2734
03.11.2018
“IHF Trophy” turniri: Azərbaycan - Kosovo 24:34 (10:17)
293
27.11.2025
Təcrübəli referimiz yeni təyinat alıb
2335
25.02.2018
Azərbaycan çempionatında II dövrəyə yekun vurulub
2493
21.12.2019
Millimiz Avropa çempionatına hazırlaşır
2044
04.12.2023
Sergey Kambur “Azəryol” un baş məşqçisi təyin edilib
121
07.01.2026
Seçmə komandamız təlim-məşq toplanışlarını davam etdirir
2323
03.04.2017
Həndbol hakimlərimiz nüfuzlu yarışlarda
2300
21.04.2022