Həndbol üzrə yeni mövsümə start verilir

06.10.2018
1372
Paylaş:

Bu  gün  həndbol  üzrə  26-cı  Azərbaycan  çempionatına  start  verilir.

Növbəti  mövsümdə  6-sı  qadın,  4-ü  kişi  olmaqla  10  komanda  qüvvəsini  sınayacaq.  İlk  olaraq  qadın  həndbolçular  mübarizəyə  başlayacaqlar.

Start  fiti  saat  13:00-da  səslənəcək   mövsümün  açılış  matçında  "Gənclər  Birliyi"  və  "Azəryol"  kollektivləri  üz-üzə  gələcəklər.  Saat  15:00-da  başlanacaq  "İdman  Akademiyası"  -  "Qarabağ"  görüşündən  sonra çempionatın  açılış  mərasimi  keçiriləcək.

İlk  oyun  gününün  son  qarşılaşmasında  isə Azərbaycan  çempionu  "Azərsu"  Gürcüstanı  təmsil  edən  "Olimpiya"  komandasını  sınağa  çəkəcək.

Qeyd  edək  ki,  "Olimpiya"nın  Azərbaycan  çempionatında  keçirəcəyi  20  görüşün  10-u  Bakıda,10-u isə  Tbilisidə  təşkil  olunacaq.  Gürcüstan  həndbolçuları  qoşa  oyunlarda  mübarizə  aparacaqlar.  Belə  ki,  "Olimpiya"  sabah  çempionatın  ikinci  görüşündə  yenidən  "Azərsu"  ilə  qarşılaşacaq.  Qadın  həndbolçuların  20  turdan  ibarət  Azərbaycan  çempionatına  aprel  ayının  sonlarında  yekun  vurulacaq.

Kişi  həndbolçulardan  ibarət  "Məhsul",  "Təhsil", “U-16” və  son  çempion  "Bakı"  komandası  növbəti  respublika  çempionatında  mübarizəyə  oktyabrın  21-də  başlayacaq.

Digər Xəbərlər

"Azəryol" liderliyi davam etdirir

1375 13.02.2020

Həndbol komandalarımız məşqlərə başlayıblar

1252 06.09.2023

Kişilər arasında ölkə çempionatının 6-cı turu başlanıb

1760 09.12.2018

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb

1556 20.08.2017

Milli komandamız beynəlxalq turnirdə növbəti qələbə qazanıb

1363 13.04.2017

“Azəryol” həndbol komandasının məşqçisi beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb

1508 23.02.2022

Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb

1429 15.12.2017

U18 Avropa çempionatı: Azərbaycan - Bolqarıstan 22:48

571 12.08.2024