Kişi və qadınlardan ibarət həndbol komandalarımız məşqlərə başlayıblar.
Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər.
Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib.
Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.
“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq.
“Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.
İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.
Qeyd edək ki, Kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.
Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib
2255
29.10.2022
Bakıda beynəlxalq həndbol turnirinə start verilib
2387
08.05.2019
OKMK - Astana duelindən Özbəkistan təmsilçisi qalib ayrıldı
1102
31.08.2025
Favoritlərdən daha bir qələbə
165
20.12.2025
Ramazan bayramınız mübarək!
1173
29.03.2025
Avropa kuboku: Sao Pedro do Sul (Portuqaliya) - Kür (Azərbaycan) 26:26 (16:14)
347
04.10.2025
“Bakı-2017”: Qadın həndbolçularımız finalın bir addımlığında
2559
13.05.2017
XXXI Azərbaycan çempionatı: VI turun oyun cədvəli
1476
01.11.2024