Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb

20.08.2017
2491
Paylaş:

Bu  gün  Bakı  Su  İdmanı  Sarayında  çimərlik  həndbolu  üzrə  ikinci  Azərbaycan  çempionatına  yekun  vurulub.

Final  görüşlərindən  əvvəl  Avropa  Həndbol  Federasiyası  (EHF)  və  Azərbaycan  Həndbol  Federasiyasının  təşkilatçılığı  ilə  çimərlik  həndboluna  dair  seminar  keçirilib.

Seminardan  sonra  final  oyunlarına  start  verilib.  Əvvəlcə  kişi  həndbolçular  mübarizə  aparıblar.  Günün  ilk  matçında  “Bakı”  komandası  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  yetirmələrinə  qalib  gəlib  -  2:0.  “Təhsil”  -  “Məhsul”  görüşü  2:1  hesabı  ilə  yekunlaşıb.  Nəticələrə  əsasən,  “Məhsul”  klubu  çempionatın  qızıl,  “Bakı”  komandası  gümüş,  “Təhsil”  kollektivi  isə  bürünc  medalına  layiq  görülüb.

Qadın  həndbolçular  arasında  keçirilən  oyunlar  belə  nəticələnib:

“İdman  Akademiyası”  -  “Azəryol-1”  -  0:2,  “Azərsu”  –  “Azəryol  -  2”  -  1:2,  “Nur”  –  “Qarabağ”  -  1:2.   Beləliklə,  Mingəçevirin  “Nur”  komandası  ikiqat  ölkə  çempionluğunu  rəsmiləşdirib.  “Azəryol-1”  gümüş,  “Qarabağ”  bürünc  medallara  yiyələnib.

Mükafatlandırma  və  təntənəli  bağlanış  mərasimində  çıxış  edən  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov   üç  gün  davam  edən  çempionatın  uğurla  başa  çatdığını  bildirib.  Qalibləri  təbrik  edən  və  onlara  uğurlar  arzulayan  vitse-prezident  mükafatçılar  sırasından  kənarda  qalan  komandalara  ruhdan  düşməməyi  və  gələcək  oyunlara  daha  yaxşı  hazırlaşmağı  arzulayıb.

Sonda  isə  qalib  və  mükafatçılar  təltif  ediliblər.

Xatırladaq  ki,  avqustun  18-də  start  verilən  çempionatda  ümumilikdə,  21  oyun  keçirilib.

 

Digər Xəbərlər

Kişi həndbolçuların Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşib

2487 01.06.2023

Bakıda beynəlxalq həndbol turniri başlandı

1479 28.08.2024

Ölkə çempionatının növbəti oyunlarında favoritlər qələbə qazanıblar

2303 15.10.2017

“Nur” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb

2578 22.10.2017

Avropa kuboku: Parnassos Strovolou (Kipr) - Kür (Azərbaycan) 31:35

1443 26.10.2024

Azərbaycan Kuboku: 1/2 final mərhələsinin nəticələri

1826 27.05.2024

Olimpiya çempionumuzun yubileyi qeyd olunub

2137 31.10.2023

“Azəryol” ən yaxın rəqibini 5 xal qabaqlayır

1269 07.05.2025