Həndbol üzrə 26-cı Azərbaycan çempionatında 10 komanda birincilik uğrunda mübarizə aparacaq

12.09.2018
1424
Paylaş:

Həndbol  üzrə  26-cı  Azərbaycan  çempionatının  başlama  vaxtı  müəyyənləşib.

Çempionata  oktyabrın  6-da  start  veriləcək.  Ölkə  birinciliyində  6-sı  qadınlardan,  4-ü  isə  kişilərdən  ibarət  olmaqla  10  komanda  iştirak  edəcək.

Qadınların  yarışında  "Azərsu",  "Azəryol",  "Gənclər  Birliyi",  "İdman  Akademiyası"  "Qarabağ"  və  Gürcüstanın  Tbilisi  şəhərini  təmsil  edən  "Olimpiya"  kollektivləri  mübarizə  aparacaqlar.  Kişi  həndbolçuların  mübarizəsində  isə  "Bakı",  "Təhsil",  "U-16"  və  "Məhsul"  komandaları  birincilik  uğrunda  yarışacaqlar.

İlk  yarış  günündə  qadınlar  arasında  üç  oyun  keçiriləcək.  Belə  ki,  "Gənclər  Birliyi”  "Azəryol"la,  "İdman  Akademiyası”  "Qarabağ"la,  "Azərsu"  isə  "Olimpiya"  kollektivi  ilə  üz-üzə  gələcək.

Çempionatın  açılış  mərasiminin  saat  17:00-da  keçirilməsi  nəzərdə  tutulub.

Digər Xəbərlər

Azərbaycan çempionatı, XII tur: “Kür”- “Azəryol” 24:24 (13:11)

264 26.01.2025

Teymur Axundov: “Təəssüf ki, çempionluq şanslarını itirmişik”

113 07.04.2025

Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

1515 18.11.2019

Novruz Bayramınız Mübarək!

168 20.03.2025

Hakimlərimiz növbəti təyinat alıblar

1450 20.02.2018

“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

907 17.03.2024

"Nur" komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb

1352 20.08.2017

Həndbol üzrə XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib

1370 19.10.2022