Oktyabrın 20-də Azərbaycan Həndbol Federasiyasında XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib. Tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər.
Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov çıxış edərək 2022-2023-ci illər üzrə respublika çempionatının noyabrın 12-dən aprelin 30-dək “AHF Arena” da keçiriləcəyini bildirib. Qeyd olunub ki, yarış dairəvi üsulla dörd dövrədən ibarət olacaq.
Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.
Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb. Ümumilikdə, 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16), 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) komandalarının çıxış edəcəyi diqqətə çatdırılıb.
Yarışların püşkü atıldıqdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
"Kür" Azərbaycan kubokuna sahib çıxdı
1303
24.05.2025
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin nəticələri
1997
25.05.2024
"Azəryol" hər iki oyunu Bakıda keçirəcək
2408
28.12.2017
“Azəryol ” ilk görüşünü qələbə ilə başa vurub
2760
17.11.2018
Lüdmila Şubina Fəxri fərmanla təltif edilib
2100
09.10.2023
Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib
2371
22.01.2020
Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)
1429
02.12.2024
Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar
2504
13.04.2017