"Azəryol" növbəti qələbəni qazandı

01.04.2018
1379
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  16-cı  tura  yekun  vurulub.

Son  oyun  günündə  "Azəryol"  -  "Qarabağ"  görüşü  daha  böyük  maraqla  gözlənilirdi.  Qarşılaşma  imkanları  yüksək  qiymətləndirilən  "Azəryol"  komandasının  qələbəsi  ilə  yekunlaşıb  -  30:28.  Digər  oyunda  isə  "İdman  Akademiyası"  "Gənclər  Birliyi"ni  28-26  hesabı  ilə  məğlub  edib.

Xatırladaq  ki,  tura  Mingəçevirdə  start  verilmişdi.   "Kür"  Olimpiya  İdman  Mərkəzinin  arenasında  keçirilən   "Nur"   -   "Azərsu"  matçında  qalib  müəyyənləşməmişdi  -  24:24.

Çempionatın  17-ci  turunun  görüşləri  aprelin  7-də  olacaq.  Həmin  oyun  günündə   "Qarabağ"  -  "Azərsu"  ilə,   "Gənclər  Birliyi"  -  "Azəryol"la,  "İdman  Akademiyası"  isə   "Nur"  komandası  ilə  qarşılaşacaq.

Digər Xəbərlər

Avropa çempionatının ilkin təsnifat turnirinə start verilir

1530 12.01.2023

Ölkə çempionatında növbəti oyunlar olub

1263 03.12.2022

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı müzakirələr aparılıb

1340 02.02.2017

Azərbaycan çempionatı: VIII turun ilk oyun gününün nəticələri

923 27.01.2024

İslamiada: Millimizin finaldakı rəqibi Türkiyə komandası olacaq

1347 13.05.2017

“Qarabağ” Mingəçevirdən xalla qayıtdı

117 06.04.2025

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

1159 07.08.2023

”Bakı-2017”: Qadın həndbolçulardan ibarət komandamız ardıcıl ikinci qələbəni qazanıb

1628 10.05.2017