Mayın 10-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında qrup mərhələsinin ikinci turunun oyunları olub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişi həndbolçuların “A” qrupunda yer alan Əlcəzair yığma komandası Pakistan millisinə qalib gəlib - 47:24. Qrupun digər görüşündə Səudiyyə Ərəbistanı milli komandamızı məğlub edib - 38:31.
“B” qrupunun Türkiyə - İraq görüşündəki gərgin mübarizədən türkiyəli həndbolçular qalib ayrılıblar - 35:33. Mərakeş - İordaniya matçı isə 27:16 hesabı ilə başa çatıb.
Kişi həndbolçularımızdan fərqli olaraq qadınlardan ibarət milli ardıcıl ikinci görüşdə də qalib gəlib. Həndbolçularımız Özbəkistan kollektivi üzərində inamlı qələbə qazanıblar - 47:21.
Kamerun-Türkiyə matçında isə qardaş ölkə təmsilçiləri 33:31 hesabı ilə üstün olublar.
Avropa Kuboku: Azəryol (Azərbaycan) - Qaliçanka (Ukrayna) 22:36 (12:15)
1496
05.10.2024
Avropa Kuboku: “Azəryol” (Azərbaycan) – “Brixen” (İtaliya) 22:43
2140
20.10.2023
Kubok mübarizəsi davam edir
1198
27.04.2025
Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır
2252
20.08.2017
Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.
2663
26.01.2019
Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)
1429
02.12.2024
Qadın həndbolçulardan ibarət millimiz “Bakı-2017”nin qalibidir
2291
14.05.2017
AHF yeni mövsümə kubok yarışı ilə start verir
860
18.09.2025