Azərbaycan Həndbol Federasiyasında (AHF) XXV ölkə çempionatına hazırlıq məsələləri ilə bağlı tədbir keçirilib.
Tədbirə federasiya nümayəndələri, məşqçilər və idmançılar qatılıb.
Çempionatla bağlı videoçarxın nümayişindən sonra AHF-nin birinci vitse-prezidenti Orxan Abbasov çıxış edib. O, son illər idman sahəsində, xüsusilə həndbolda qazanılan uğurlardan söz açaraq qeyd edib ki, əldə olunan uğurların Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Vitse-prezident həndbolsevərləri maraqlı çempionatın gözlədiyini deyib. O, çempionatın açılış mərasiminin oktyabrın 7-də keçiriləcəyini, yarışların mayın əvvəllərinə qədər davam edəcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, oyunlar təkcə paytaxtda deyil, bölgələrdə də təşkil olunacaq. Əvvəlki illərdən fərqli olaraq yubiley çempionatda komanda üzvləri və məşqçilərə lisenziyalar veriləcək.
AHF-nin baş katibi Yusif Atakişiyev çıxışında apelyasiya komissiyası, lisenziyalar haqqında məlumat verib. Qeyd edib ki, dörd dövrədən ibarət çempionatın hər dövrəsində beş oyun olacaq. Onun sözlərinə görə, cari ildəki ölkə birinciliyində oyunların sayı əvvəlkilərə nisbətən artırılıb. Eyni zamanda, həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışlar da keçiriləcək. Y. Atakişiyev bildirib ki, ölkə kuboku uğrunda yarışlar iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin dekabrda başlanması, ikinci mərhələnin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulub. Həmçinin mayın 9-dan 12-dək ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan həndbol turnirinin keçirilməsi planlaşdırılır. Turnirdə Azərbaycan komandaları ilə yanaşı, digər ölkə klublarının da iştirakı nəzərdə tutulur.
AHF-nin idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov tədbir iştirakçılarına çempionatın reqlamenti, qaydalar, oyun cədvəli haqqında məlumat verib, sualları cavablandırıb.
Sonda yarışların püşkü atılıb.
Liderdən növbəti qələbə
2083
25.02.2023
Zəfər Gününüz Mübarək!
1180
08.11.2024
“Azəryol” və “Qarabağ” həndbol komandaları növbəti qələbələrini qazanıblar
2099
17.01.2023
Emil Sərxanov: “Azəryol” istəyini reallaşdıra bilər
813
31.03.2025
Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub
1927
07.07.2018
Özbəkistanın OKMK komandası Bakıdakı turnirin qalibi oldu
857
03.09.2025
Azərbaycan çempionatı: “Kür” - “Azəryol” 28:34
1461
18.02.2024
“Bakı-2017”: Həndbolçularımız İslamiadaya uğurla başlayıblar
2030
09.05.2017