Gənc hakimlərimiz beynəlxalq təcrübə qazanır

18.07.2025
169
Paylaş:

Azərbaycan Həndbol Federasiyası gənc hakimlərin beynəlxalq arenada təcrübə qazanmasına şərait yaratmaqda davam edir.


Bu məqsədlə, Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları 22–29 iyul tarixlərində Portuqaliyanın Kovilya şəhərində keçiriləcək Universiada  turnirində iştirak edəcəklər. Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.


Hakimlərimiz qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunan seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.


Xatırladaq ki, Ləman və Aydan Həmidova ötən il İsveçin Göteborq şəhərində keçirilən Açıq Avropa Çempionatında da hakimlik ediblər.

Digər Xəbərlər

Azərbaycan birinciliyinin final mərhələsi başlandı

1090 28.06.2024

“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib

1762 09.09.2017

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar

1636 02.07.2018

XXX Azərbaycan çempionatı: I turun ilk oyunlarının nəticələri

1834 11.11.2023

Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

739 11.09.2024

VII tur: Azəryol - Qarabağ 28:27

1336 21.01.2024

Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub

1772 20.08.2017

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz yeni təyinat alıblar

1715 02.02.2017