Avropa Kuboku turnirində klublarımızın rəqibləri müəyyənləşdi

15.07.2025
173
Paylaş:

Həndbol üzrə Avropa kuboku turnirində iştirak edəcək klublarımızın rəqibləri müəyyənləşib. Qadınların yarışında Azərbaycan çempionu “Azəryol” ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.
Kişi həndbolçuların turnirində isə Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komandamız mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu raundun ilk görüşləri oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da təyin olunub.

Digər Xəbərlər

Kişi həndbolçuların Azərbaycan çempionatında II turdan sonra turnir cədvəli

1407 23.11.2023

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

586 30.01.2025

Novruz Bayramınız Mübarək!

400 20.03.2025

Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub

1702 29.05.2023

Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri

610 21.12.2024

V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq

1633 27.07.2022

Beynəlxalq turnirin ilk oyun gününün cədvəli

910 27.08.2024

"Azəryol" autsayderlə oyunda çətinlik çəkmədi

1121 14.03.2024