Bakıda həndbol üzrə ölkə birinciliyinin final mərhələsi başlayır

05.06.2025
123
Paylaş:

İyunun 7-də “AHF Arena” İdman Kompleksində 2010-cu il və daha kiçik təvəllüdlü yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə ölkə birinciliyinin final mərhələsinə start veriləcək.


Turnirdə 6 oğlan (Bakı-1, Bakı-2, Mingəçevir, Qazax, Cəlilabad, Lənkəran) və 6 qız (Bakı-1, Bakı-2, Bakı-3, Gəncə, Göygöl, Tovuz) komandası  qələbə uğrunda mübarizə aparacaq. 


Üç gün davam edəcək yarış  Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı altında keçiriləcək.


Qalib komandalar diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.


 

Digər Xəbərlər

Favoritlərin gərgin mübarizəsindən "Məhsul" qalib çıxıb

1612 04.11.2018

“Kür” liderliyi davam etdirir

196 08.05.2025

Ramazan bayramınız mübarək!

972 10.04.2024

Seçmə komandamız 3 yoxlama görüşü keçirib

1597 24.05.2018

Avropa çempionatı: Sloveniya - Bosniya və Herseqovina 41:27

1305 05.08.2023

Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib

944 29.01.2024

XXXI Azərbaycan çempionatı: VI turun oyun cədvəli

534 01.11.2024

Saleh Məmmədov EHF rəhbərliyi ilə görüşüb

982 28.05.2024