Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib

29.01.2024
1858
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib.


 Qadınların yarışında tura  “Bakı” – “Kür” görüşü ilə start verilib. Oyunun aşkar favoriti sayılan Mingəçevir təmsilçisi gözlənildiyi kimi aktivinə növbəti qələbəni yazdırıb - 44:12.


“İdman Akademiyası” – “Azəryol” matçı da daha təcrübəli həndbolçulardan ibarət olan komandanın xeyrinə nəticələnib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” meydançadan inamlı qələbə ilə ayrılıb – 17:40. Turun son qarşılaşmasında isə “Qarabağ” “Gənclər Birliyi”ni böyük hesablı məğlubiyyətə uğradıb - 39:10.


 “Qarabağ” 14 xalla çempionatın lideridir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-cü, 5-ci yerləri bölüşür. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.


Kişilərin çempionatında VIII tur “Təhsil” – “Kür” matçı ilə başlanıb. Qonaqların tam üstünlüyü ilə yadda qalan oyun 22:40 hesabı ilə nəticələnib. “Qarabağ” - “Azəryol” görüşündə ikincilərin qələbəsinə inananlar yanılmayıblar. İnamlı oyun göstərən “Azəryol” azarkeşlərinin etimadını doğruldub - 36:29.


 Turun ən gərgin və maraqlı qarşılaşması “Dinamo” və “İdman Akademiyası” komandaları arasında olub. Nominal ev sahibləri fasiləyə bir xallıq üstünlüklə yollansalar da görüş 26:26 hesabı ilə başa çatıb. Aktivində 14 xalı olan “Kür” çempionatın lideridir. “Azəryol” ondan 4 xal geri qalır. “Bakı” ilə “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla autsayderdir.

Digər Xəbərlər

Azərbaycan çempionatı: V tur “Kür” - “İdman Akademiyası” 42:17

2118 17.12.2023

“Nur” komandası “Viborq” kollektivi ilə ilk oyununu keçirib

2623 14.10.2017

2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirilib

178 23.12.2025

“Bakı” final mərhələsinə qələbə ilə başladı

1357 11.01.2025

Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri

1446 03.11.2024

"Kür" qızıl medallara sahib çıxdı

1153 17.05.2025

Bakıda startı veriləcək matçlara Mingəçevirdə yekun vurulacaq

207 04.12.2025

Həftəsonu Azərbaycan çempionatında maraqlı oyunlar gözlənilir

1095 04.04.2025