Bu gün Bakı Su İdmanı Sarayında Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına start verilib.
Əvvəlcə qadın həndbolçular mübarizəyə qoşulublar. Çempionatın açılış matçında “Azəryol-2” “İdman Akademiyası” komandasına 23:17 hesabı ilə qalib gəlib. “Azəryol-1” - “Qarabağ” görüşü 41:9, “Nur” - “Azərsu” oyunu isə 38:21 hesabı ilə nəticələnib.
Bu gün həmçinin Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçirilib. EHF-in nümayəndəsi Tamas Neukum tədbirdəki çıxışında iştirakçıları çimərlik həndbolu və onun inkişafı haqqında məlumatlandırıb. Bununla yanaşı, Azərbaycanda çimərlik həndbolunun hazırkı vəziyyəti və tətbiq edilən yeni qaydalarla bağlı fikir mübadiləsi aparılıb.
Seminardan sonra qadın həndbolçuların mübarizəsi davam etdirilib. “Azəryol-1” “Azəryol-2”ni 30:13, “Nur” “İdman Akademiyası”nı 48:14, “Azərsu” “Qarabağ”ı 19:15 hesabı ilə məğlubiyyətə uğradıb. Sonuncu oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən “shoot-out”a ehtiyac duyulub. Burada da məsələ aydınlaşmayınca görüş “qızıl qol”a qədər davam edib.
Qadınlar arasında oyunların ardınca yarışın açılış mərasimi keçirilib. Komandalara uğurlar arzulayan Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov çıxışında çimərlik həndbolu üzrə yarışın ikinci dəfə keçirildiyini qeyd edib. O, komandaların sayının artmasının həndbolun inkişafından xəbər verdiyini vurğulayıb. Vitse-prezident həndbolun inkişafına göstərilən dövlət qayğısından söz açaraq dövlətimizin başçısına minnətdarlığını bildirib. Orxan Abbasov həmçinin gələn ayın sonlarında Həndbol üzrə XXV Azərbaycan çempionatının keçiriləcəyini də iştirakçıların diqqətinə çatdırıb.
Açılış mərasimindən sonra kişi həndbolçuların mübarizəsinə start verilib. Turun ilk oyununda “Məhsul” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərinə 29:9 hesabı ilə qalib gəlib. “Bakı” və “Təhsil” komandalarının görüşü daha gərgin mübarizəyə səhnə olub. “Shoot-out”a qədər davam edən qarşılaşmadan “Bakı” klubu qalib ayrılıb - 21:20.
Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına avqustun 20-də yekun vurulacaq.
Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı
2591
10.02.2019
“Kür” liderliyi davam etdirir
1275
08.05.2025
Komandalarımızın rəqibləri müəyyənləşdi
2252
18.07.2023
“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb
2338
21.02.2023
Qadın həndbolçuların ölkə çempionatında II turdan sonra turnir cədvəli
197
15.12.2025
Azərbaycan çempionatı: III tur
1750
29.09.2024
Azərbaycan Həndbol Federasiyası regional seminar keçirib
2565
01.10.2022
XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib
2249
11.11.2022