"Nur" komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb

20.08.2017
2245
Paylaş:

Bu  gün  Bakı Su İdmanı Sarayında çimərlik  həndbolu üzrə ikinci  Azərbaycan çempionatı başa çatıb.

Qadınların  mübarizəsində  "İdmanAkademiyası" komandası ilə qarşılaşan "Azəryol-1" inamlı  qələbə  çalıb –  2:0  (15:5;  13:9).

"Azərsu"  -  "Azəryol-2" qarşılaşması  daha gərgin  və maraqlı mübarizə  şəraitində  keçib.  "Shoot-out"a  qədər  davam  edən  oyun  ikincilərin  2:1  (8:15;  13:11;  6:5)  hesablı  qələbəsi  ilə  nəticələnib.

Günün  son  oyununda  üz-üzə  gələn  "Nur"  və  "Qarabağ"  komandalarının  mübarizəsi  də  "shoot-out"a  qədər  davam  edib.  Daha  dəqiq  oynayan  "Qarabağ"  rəqibini  2:1  (8:22;  15:14;  5:4)  hesabı  ilə  məğlubiyyətə  uğradıb.

Nəticələr  "Nur"  komandasına  qızıl,  "Azəryol-1"  kollektivinə  gümüş,  "Qarabağ"  klubuna  isə  bürünc  medalları  qazandırıb.

 

Digər Xəbərlər

Bakıda keçirilən beynəlxalq həndbol turnirinin mükafatlandırma mərasimi oldu

1119 03.09.2025

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub

2475 10.05.2022

Avropa çempionatı: Lüksemburq - İsrail 25:26

2155 05.08.2023

Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

2438 28.10.2018

"Qarabağ" yeni mövsümdə iddialı olacaq

846 11.09.2025

Bu gün Yel çərşənbəsidir

1089 11.03.2025

Azərbaycan çempionatı: "Gənclər Birliyi" - "Kür" 11:51

1372 15.10.2024

"Qarabağ" uğurlu seriyanı davam etdirir

2201 23.10.2019