Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsi başa çatıb.
Əvvəlcə kişilər arasında "B" qrupu çərçivəsində görüşlər keçirilib. Mərakeşə 25:22 hesabı ilə qalib gələn İraq millisi yarımfinala yüksəlib.
Qrupun digər oyununda İordaniya ilə qarşılaşan Türkiyə milisi 26:21 hesabı ilə qələbə qazanıb.
Kişilər arasında “A” qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Pakistanı məğlub edib - 35:26. Ardıcıl üç qələbə qazanan Səudiyyə Ərəbistanı qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda isə millimizə 35:22 hesabı ilə qalib gələn Əlcəzair həndbolçuları yarımfinala adlayıblar.
Qadınların mübarizəsində Özbəkistan ilə qarşılaşan Kamerun kollektivi inamlı qələbə qazanıb - 41:25.
Gərgin mübarizə ilə yadda qalan Azərbaycan - Türkiyə matçı isə həndbolçularımızın 27:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Kişi həndbolçuların mayın 12-də keçiriləcək təsəlliverici görüşlərində Pakistan İordaniya ilə, Azərbaycan Mərakeş ilə qarşılaşacaq
Yarımfinal oyunları isə mayın 13-də keçiriləcək.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edirik!
2268
05.03.2024
Hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər
2510
04.11.2017
Azərbaycan çempionatı, IX tur: “Qarabağ”- “Azəryol” 23:28 (10:11)
1468
18.01.2025
17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Kosovo-Azərbaycan 49:8
2096
11.10.2023
Qadın həndbolçularımız çempionluğun bir addımlığında
2239
14.05.2017
Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri
1446
03.11.2024
"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı
2504
25.03.2018
“Qarabağ” həndbol klubu “İdman Akademiyası” komandasını məğlub edib
3493
14.11.2018