Qadın həndbolçuların Azərbaycan çempionatında X turun oyunları keçirilib. Final mərhələsinin ilk turunuun mərkəzi qarşılaşmasında Mingəçevirin “Kür” komandası “Qarabağ”ı qəbul edib. “Kür" Olimpiya Tədris- İdman Mərkəzində təşkil olunan görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə edib. Oyunun deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Çempionluğa iddialı rəqiblərin qarşılaşması gözlənildiyi kimi gərgin və maraqlı mübarizə şəraitində keçib. Oyuna ev sahiblərinə xas fəallıqla başlayan “Kür” komandasının startdakı həmlələri daha effektli alınıb. Qapıçı Mədinə Musayevanın da inamlı çıxışı sayəsində hesabda irəli çıxan Mingəçevir həndbolçuları qələbəyə zəmin yaradıblar. Oyunun məcrasından razı qalmayan “Qarabağ”ın baş məşqçisi Sergey Kamburun götürdüyü taymautdan sonra rəqib qapısına nəhayət ki yol tapan qonaqlar vəziyyəti dəyişməyə nail olublar. Hissənin ortalarında “Qarabağ” hesabda irəli çıxmağı da bacarıb. Amma yüksək əzmkarlıq göstərən “Kür”ün xüsusilə ilk hissənin sonlarına doğru təşkil etdiyi təhlükəli hücumlar fasiləyə ev sahiblərini üstün yollayıb – 14:12.
İkinci hissəyə qonaqlar daha fəal başlayaraq startdaca hesabdakı geriliyi aradan qaldırıblar. Amma sürəti artıran ev sahibləri rəqibi müdafiədə səhvlərə yol verməyə məcbur ediblər. Bəzi hallarda bu, kobudluqla müşayiət olunub ki, təyin olunan penaltilərdən lazımınca yararlanan Mitroviç və komanda yoldaşları yenidən hesabda irəli çıxıblar. İkinci hissənin ortalarında bu fərq 3 topla ifadə olunub. Görüşün sonlarına doğru mübarizə yenidən gərginləşib. Final fitinə 5 dəqiqə qalmış hesab bərabərləşsə də sonluğu azlıqda keçirməsinə rəğmən daha inamlı oynayan “Kür” matçı qələbə ilə başa vurmağı bacarıb – 26:24.
Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı
2211
30.01.2020
Ölkə çempionatı: Qarabağ - Təhsil 36:21 (16:9)
45
17.01.2026
Azərbaycan çempionatında fasilə başa çatdı
2841
06.02.2020
Azərbaycan çempionatında daha 2 oyun keçirildi
1449
14.01.2025
Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər
2223
13.05.2017
Azərbaycan çempionatı, VII tur: “Qarabağ”- “Kür” 28:30 (15:14)
1420
07.12.2024
Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib
2913
02.04.2019
“Məhsul” komandası ilk məğlubiyyətlə barışıb
2443
03.12.2017