Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb. X turun oyunları da maraqlı mübarizə ilə yadda qalıb. Meydançaya əvvəlcə “Azəryol” və “Azərsu” komandaları çıxıblar. Yarış cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətində olan “Azərsu” liderlə oyunda yüksək əzmkarlıq göstərsə də, bu, qələbə üçün kifayət etməyib. “Azəryol” rəqibin ciddi müqavimətinə baxmayaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirib – 24:23.
Günün digər qarşılaşmasında “İdman Akademiyası” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ” təbii ki, bu görüşdə xal itirmək niyyətində deyildi. Oyuna qələbə üçün çıxan nominal qonaqlar çətinliklə də olsa, azarkeşlərin etimadını doğruldublar. “İdman Akademiyası” komandası çox çalışsa da, məğlubiyyətdən qurtula bilməyib – 35:40.
X turu da qələbə ilə bitirən “Azəryol” 18 xalla çempionatın vahid lideridir. “Qarabağ” ondan iki xal geri qalır. “Azərsu” 6 xalla üçüncü yerdə qərarlaşıb. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın autsayderidir.
Qeyd edək ki, fevralın 8-də kişi həndbolçulardan ibarət komandalar X turun oyunlarına çıxacaqlar. Həmin gün “Məhsul” “Təhsil”lə, U-18 isə “Bakı” ilə qarşılaşacaq.
Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq
2933
21.01.2020
20 Yanvar Ümumxalq Hüzn Günüdür
2019
20.01.2024
Həndbolçularımız açıq havada məşqləri davam etdirirlər
2943
20.10.2020
Zəfər Gününüz Mübarək!
2420
08.11.2023
Çempionluq uğrunda mübarizə davam edir
1133
09.05.2025
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir
2253
10.06.2022
Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb
2203
12.01.2019
“Azəryol” və “Kür” ilk iki pilləni bölüşür
1405
16.01.2025