Qadın həndbolçuların XXXI Azərbaycan çempionatının ilk turunda maraqlı görüşlərdən biri “Azəryol” və “Qarabağ” komandaları arasında olub. “AHF Arena”da keçirilən mərkəzi oyunu beynəlxalq dərəcəli hakimlər Vaqif Əliyevlə Ələkbər Ağakişiyev idarə edib. Qarşılaşmanın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Ötən mövsümün qalibi ilə bürünc mükafatçısının görüşü gərgin və maraqlı mübarizə vəd edirdi. Gözlənildiyi kimi oyuna daha inamlı başlayan ölkə çempionu tədricən təşəbbüsə yiyələnib. Hissənin ortalarına doğru bunu hesabda əks etdirməyi bacaran “Qarabağ” fasiləyə 17:10 hesablı üstünlüklə yollanıb. Qarşılaşmanın ikinci hissəsi daha maraqlı mübarizə ilə yadda qalıb. Xeyli fəallaşan “Azəryol” komandası geriliyi aradan qaldırmaq üçün yüksək əzmkarlıq göstərib. Nominal qonaqlar rəqibin təhlükəli həmlələrini dəf edərkən kobudluqdan da çəkinməyiblər ki, bu, qırmızı vərəqəyə də gətirib çıxarıb. 54-cü dəqiqədə Leyla İbrahimovanın meydançadan kənarlaşdırılması “Azəryol” üçün say üstünlüyü qazandırsa da, qapıçı İrina Pançenkonun həm bu, həm də digər oyun epizodlarındakı inamlı çıxışı nəticəyə təsirsiz ötüşməyib. Vəziyyəti dəyişmək istəyən “Azəryol” çox çalışsa da, gücü yalnız fərqi 3 topadək endirməyə çatıb. Beləliklə, “Qarabağ” mövsümə 26:23 hesablı qələbə ilə başlayıb.
Kişi həndbolçulardan ibarət “Kür” komandası da, yeni mövsümə uğurla start verib. İlk turda “Qarabağ”ın qonağı olan Mingəçevir təmsilçisi azarkeşlərini 45:19 hesablı qələbə ilə sevindirib.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin III turunun oyun cədvəli
1176
07.08.2023
Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub
269
28.01.2025
Azərbaycan Həndbol Federasiyasının nümayəndələri paytaxtda və bölgələrdə görüşlər keçiriblər
1491
07.02.2017
“Qarabağ” Mingəçevirdən xalla qayıtdı
117
06.04.2025
Azərbaycanın beynəlxalq dərəcəli hakimi yeni təyinat alıb
1418
30.08.2017
Həndbol məşqçiləri üçün seminar keçiriləcək
1524
08.02.2023
Qadın həndbolçuların Azərbaycan çempionatında X turdan sonra turnir cədvəli
983
14.02.2024
Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri
394
03.11.2024