"Azəryol"la Özbəkistan millisi finalda

31.08.2024
446
Paylaş:

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir sona yaxınlaşır.
Artıq yarışın finalçıları məlumdur. İlk yarımfinal matçında "Astana" (Qazaxıstan) və Özbəkistan millisi qarşılaşıb. Gərgin mübarizə ilə yadda qalan oyunda rəqibi 36:35 hesabı ilə məğlub edən Özbəkistan həndbolçuları həlledici mərhələyə adlayıblar. 
Digər yarımfinal görüşündə isə "Qarabağ"a 30:20 hesabı ilə qalib gələn "Azəryol" finala yüksəlib. Beşinci-altıncı yer uğrunda oyun "Kür"ün "Alatau Arulary" (Qazaxıstan) üzərində 34:27 hesablı qələbəsi ilə nəticələnib.
Sabah "Azəryol" və Özbəkistan millisi baş mükafat uğrunda, "Astana" (Qazaxıstan) və "Qarabağ" komandaları isə 3-cü yer uğrunda oyunda üz-üzə gələcəklər.

Digər Xəbərlər

Azərbaycanın qadın həndbolçuları qələbə seriyasını davam etdiriblər

1377 11.08.2022

"Məhsul" Avrokuboklarda mübarizəyə qatılır

1528 03.10.2019

"Məhsul" növbəti qələbəsini qazanıb

1299 14.01.2018

Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib

1163 09.08.2023

Azərbaycan çempionatı: IV turun ilk oyun gününün nəticələri

1401 02.12.2023

Hakimlərimiz növbəti təyinat alıblar

1229 06.03.2018

“Azərsu” vahid liderliyə yüksəldi

1486 09.02.2019

Azərbaycan çempionatı: V tur “Təhsil” - “Qarabağ” 22:36

964 16.12.2023