U-18 millimiz Avropa çempionatına hazırlaşır

23.07.2024
790
Paylaş:

18 yaşadək həndbolçulardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsinə hazırlığı davam etdirir.


 Avqustun 12-dən 18-dək Kosovada keçiriləcək qitə yarışına hazırlığın növbəti mərhələsi Mingəçevirdə təşkil olunub. “Kür” Olimpiya Tədris-İdman Mərkəzindəki toplanışa yığmanın 18 üzvü cəlb olunub. 


Xatırladaq ki, ötən ilin dekabr ayından start verilən hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Əvvəlcə Gürcüstan paytaxtındakı toplanışa qatılan komandamız bu ilin martında və iyununda Rusiyanın Həştərxan şəhərində təşkil olunan turnirdə iştirak edib. 


Qeyd edək ki, Mingəçevirdəki təlim-məşq toplanışını iyulun 25-də başa vuracaq həndbolçularımız yarış öncəsi son məşqlərini Bakıda keçirəcəklər.

Digər Xəbərlər

Azərbaycan çempionu Danimarka təmsilçisi ilə qarşılaşacaq

1464 04.10.2017

Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

819 22.04.2024

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - GRE (Yunanıstan) 32:30

1368 12.08.2023

Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)

354 02.12.2024

Milli komanda Varna sınaqlarına hazırlaşır

223 06.03.2025

“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur

1287 26.08.2017

"Nur" - "Azərsu" oyununda qalib müəyyənləşmədi

1436 30.03.2018

Final mərhələsində daha 3 oyun keçirilib

240 01.02.2025