Kişi həndbolçulardan ibarət seçmə komandamız daha bir beynəlxalq yarışda iştirak edəcək. Komandamızı inkişaf etməkdə olan ölkələrin çempionatında mübarizə gözləyir. Həndbolçularımız Bolqarıstanda keçiriləcək yarışa hazırlığı “AHF Arena”da davam etdirirlər. Baş məşqçi Eldar Fərəcov hazırlıq prosesinə 14 həndbolçu cəlb edib. Toplanışa qatılan heyət fiziki, texniki və taktiki bacarıqları təkmilləşdirməkdədir. Qeyd edək ki, Azərbaycan millisi martın 11-dən 16-dək Varna şəhərində təşkil olunacaq çempionatda ABŞ, Nigeriya və Moldova seçmələri ilə birgə “B” qrupunda mübarizə aparacaq. Həndbolçularımız martın 10-da Bolqarıstana yollanacaqlar.
Ölkə birinciliyinin final mərhələsinə start verildi
1444
07.06.2025
İlaxır – Torpaq çərşənbəniz mübarək!
2170
19.03.2024
AHF nümayəndəsi Türkiyəyə yollanacaq
2502
06.02.2017
Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31
2093
13.08.2023
Həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilir
2348
09.03.2017
Kişi həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli
2173
24.01.2024
Avropa Kuboku: KH-7 BM. Granollers - Garabagh HC 41:18
2067
01.10.2023
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar
2446
31.10.2022