Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında

03.07.2024
1018
Paylaş:

Azərbaycan Həndbol Federasiyası gənc hakimlərin peşəkarlığının artırılması istiqamətində mühüm işlər həyata keçirir, onların ölkə xaricində təlim proqramlarında iştirakına imkan yaradır.


 Gənc hakimlərimiz Ləman Həmidova və Aydan Hüseynova iyulun 1-dən 5-dək İsveçin Göteborq şəhərində keçirilən Açıq Avropa çempionatının oyunlarına təyinat alıb. Avropanın Gənc Hakimlərinin layihəsi çərçivəsində reallaşan qitə yarışında 20 komanda 4 qrupda mübarizə aparır. Azərbaycan Yüksək Liqasının hakimləri həmin turnirdə bu günə kimi Litva - Norveç, Kipr - Rumıniya, Macarıstan – Kipr və Finlandiya – Slovakiya matçlarını idarə edib. Hakimlərimizin qarşıdakı günlərdə daha bir neçə oyuna təyinat alacağı gözlənilir. Ləman Həmidova və Aydan Hüseynova qarşılaşmaları idarə etməklə yanaşı, burada təşkil olunan Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün seminarına da qatılırlar. Onlar oyun qaydaları, fiziki hazırlıq və ingilis dilindən test verirlər. Seminar iştirakçıları həmçinin keçirilən matçlarla bağlı hakimlik işini də dəyərləndirəcəklər.


 Xatırladaq ki, gənc hakimlərimiz ötən ilin aprelində Çexiyanın paytaxtı Praqada da anoloji tədbirə qatılmışdı. Həmin vaxt Ləman və Aydan bacıları beynəlxalq turnirdə bir neçə mərkəzi görüşü idarə etmişdi.

Digər Xəbərlər

“Azəryol” - “Ankara Yenimahalle BSK” görüşünün hakimləri açıqlandı

1710 05.11.2018

XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib

1275 11.11.2022

Yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı başlanıb

997 05.01.2024

Liderlərin mübarizəsi gərgin mübarizə ilə yadda qalıb

1566 17.02.2019

Beynəlxalq dərəcəli referimiz yeni təyinat alıb

1563 09.10.2018

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəni davam etdirirlər

1458 04.07.2018

Azərbaycan çempionatı: “Kür” - “Azəryol” 28:34

809 18.02.2024

Azərbaycan çempionatı: II turun oyun cədvəli

503 19.09.2024