Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəni davam etdirirlər

04.07.2018
2394
Paylaş:

2002-2003-cü  il  təvəllüdlü  həndbolçu  qızların  açıq  Avropa  turniri  davam  edir.  Azərbaycan  komandası  İsveçin  Göteborq  şəhərində  keçirilən  yarışda  növbəti  görüşlərinə  çıxıb.

“C”  qrupunda  yer  alan  həndbolçularımız  İslandiya  millisinə  8:27,  İspaniya  kollektivinə  isə  12:21  hesabı  ilə  uduzub.

3-cü  məğlubiyyətlə  üzləşən  millimiz  aktivindəki  2  xalla   qrup  mərhələsini  sonuncu  yerdə   bitirib.  Fransa  8  xalla  birinci,  İspaniya  6  xalla  ikinci  yeri  tutub.  İslandiya  və  Finlandiya  üçüncü-dördüncü  yerləri  bölüşüblər.

Reqlamentə  əsasən,  qrupda  ilk  iki  yeri  tutan  komandalar   növbəti  mərhələdə  birinci  və  ikinci  qruplarda  mübarizəni  davam  etdirəcəklər.  Digər  kollektivlər  isə  aralıq  mərhələdə  üçüncü  və  dördüncü  qruplarda  qüvvələrini  sınayacaqlar.

4-cü  qrupda  yer  alan  həndbolçularımız  iyulun  4-də  Estoniya  seçməsi  ilə  qarşılaşacaqlar.

Yarışın  qalib  və  mükafatçıları  iyulun  6-da  müəyyənləşəcək.

Digər Xəbərlər

İsgəndər Əsgərov Bolqarıstan -Türkiyə oyununa təyinat alıb

2188 27.02.2024

Həndbol üzrə yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir

2462 07.07.2023

Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib

2299 20.03.2023

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

2599 05.11.2022

31 mart -Azərbaycanlıların Soyqırımı Günüdür

1149 31.03.2025

Azərbaycan kubokunun sahibləri müəyyənləşdi

2397 07.03.2018

AHF mövsümü yekunlaşdırdı

1361 24.05.2025

Azərbaycan çempionatında daha 2 oyun keçirildi

1450 14.01.2025