Kişi həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları olub. “ABU Arena”nın meydançasına əvvəlcə “U-18” və “Təhsil” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan qarşılaşmada qapılara 54 qol vurulub. Daha yüksək əzmkarlıq nümayiş etdirən “Təhsil” komandası görüşü qələbə ilə başa vurub – 29:25.
Günün ikinci oyununda “Məhsul” “Bakı” ilə üz-üzə gəlib. Daha böyük maraqla gözlənilən qarşılaşmada ölkə çempionunun imkanları yüksək qiymətləndirilirdi. Bu cür düşünənlər yanılmayıblar. Amma, “Məhsul”un asan qələbə qazandığını da söyləmək olmaz. Rəqibə kifayət qədər ciddi müqavimət göstərən “Bakı” cəmi 3 top fərqi ilə məğlub olub. 23:26.
Üçüncü turun görüşləri oktyabrın 26-da keçiriləcək. Həmin gün “Məhsul” “U-18” komandasını, “Bakı” kollektivi “Təhsil”i sınağa çəkəcək.
Oktyabrın 23-də isə qadın həndbolçuların ölkə çempionatında növbəti turun oyunları olacaq. “Qarabağ” “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.
“Nur” və “Məhsul” klubları növbəti qələbələrini qazanıblar
2403
19.08.2017
“Azəryol” liderlə xal fərqini azaldıb
2422
24.02.2019
"Azəryol" ölkə kubokunun qalibi oldu
1342
24.05.2025
"Azəryol"la "Qarabağ"ın çempionluq mübarizəsi davam edir
2540
05.03.2020
Həndbolçular növbəti Azərbaycan çempionatına hazırlığa start veriblər
2242
19.07.2017
“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər
2289
11.05.2017
Həndbol məşqçiləri üçün seminar keçirilib
2563
13.02.2023
“ABU Arena” idman kompleksi “AHF Arena” kimi fəaliyyətə başlayacaq
3167
15.09.2022