Qadın həndbolçuların ölkə çempionatının 15-ci turunda lider “Qarabağ” “Azəryol”la qarşılaşıb. “AHF Arena”da keçirilən oyunun referiləri Ləman Həmidova və Aydan Hüseynova olub. Deleqat funksiyasını isə beynəlxalq dərəcəli hakim Ernest Ağakişi yerinə yetirib. Oyuna nominal ev sahibi fəal başlasa da, təşəbbüsü qorumağı bacarmayıb. Xala-xal prinsipi ilə keçən oyunun 14-cü dəqiqəsindən üstünlüyü ələ alan “Qarabağ” favorit statusunu təsdiqləməyə başlayıb. Bunun məntiqi nəticəsi kimi fasiləyə də qonaqlar üstün yollanıblar – 15:12.
İkinci hissəyə qələbə əzmi ilə çıxan “Azəryol” çox keçmədən hesaba tarazlıq gətirməklə intriqanı qızışdırıb. Amma ev sahibinin artığına gücü çatmayıb. Tədricən təzyiqi artıran Sergey Kamburun komandası vəziyyətə nəzarəti yenidən ələ alıb. Müdafiədəki sayıqlıq, qapıçının inamlı çıxışı və hücumların daha effektli sona çatdırılması matçın taleyini həll edib- 31:24.
Günün digər görüşündə “İdman Akademiyası” ilə “Kür” komandaları qarşılaşıblar. Oyuna aşkar favorit qismində çıxan Mingəçevir həndbolçuları səfər matçında 31:18 hesabı ilə qalib gəliblər.
Bu tur növbəti qələbəsini qazanan “Qarabağ” 26 xalla liderlik mövqeyini möhkəmlədib. Aktivinə 23-cü xalı yazdıran “Kür” ikinci pillədədir. “Azəryol” 19 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 8 xalı olan “İdman Akademiyası” və “Bakı” dördüncü-beşinci pillələri bölüşür. Sonuncu yerdəki “Gənclər Birliyi”nin aktivində xal yoxdur.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
“Azəryol” və “Kür” şərikli liderdir
1399
22.01.2025
“Azəryol” komandasından növbəti qələbə
2377
10.11.2018
"Beşiktaş"ın oyununu Azərbaycan hakimləri idarə edəcəklər
2429
25.11.2021
Milli komanda Avropa çempionatının ilkin təsnifat mərhələsinə hazırlaşır
2299
07.12.2022
Gənc hakimlərimizə yüksək etimad
799
17.09.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
39
13.12.2025
İyunda Şotlandiyada Avropa Həndbol Federasiyasının illik konqresi keçiriləcək
2294
19.05.2018
Azərbaycanlı hakimlər Avropa çempionatında
2241
06.08.2021