İyunda Şotlandiyada Avropa Həndbol Federasiyasının illik konqresi keçiriləcək

19.05.2018
2394
Paylaş:

İyunun  19-20-də  Şotlandiyanın  paytaxtı  Qlazqoda  Avropa  Həndbol  Federasiyasının  (EHF)  illik  konqresi  keçiriləcək.

Texniki  komissiyanın  iyunun  18-nə  təyin  olunan  iclası  da  daxil  olmaqla  konqresin  proqramı  və  səsverməyə  çıxarılacaq  mövzular  artıq  təsdiqlənib.

Konqresdə  EHF-in  prezidentinin,  baş  katibinin,  texniki,  yarış,  metodiki,  çimərlik  həndbolu  komissiyalarının  və  qanuni  nümayəndənin  hesabatları  dinləniləcək.  Həmçinin  2016-2018-ci  illərə  dair  maliyyə  hesabatları  təqdim  olunacaq,  bu  il  üçün  büdcə  təsdiqlənəcək.

Konqresdə  federasiyanın  sabiq  prezidenti  Jan  Brihaultın  başçılıq  etdiyi  işçi  qrupunun  2020-ci  ildən  sonra  EHF-də  struktur  dəyişikliyi  ilə  əlaqədar  tövsiyələri  nəzərə  alınıb.  Bununla  yanaşı,  milli  federasiyalar  tərəfindən  də  təkliflər  irəli  sürülüb.  Norveç  konqreslərə  müstəqil  müşahidəçi  dəvət  edilməsini,  Slovakiya  nümayəndələrin  təyin  olunmasında  peşəkarlıq  məsələsinin  nəzarətdə  saxlanılmasını,  İsveçə  həndbolçuların  idman  geyimlərinin  üzərindəki  reklamların  əks  olunmasını  təklif  edib.

EHF-nin  konqresində  müzakirəyə  çıxarılacaq  digər  məsələlər  arasında  2019–cu  ildəki  dünya  çempionatının  Avropa  təsnifat  turnirinin  püşkünün  atılması,  Avropa  Həndbol  Federasiyasının  15-ci  illik  konqresinin,  2022-ci  və  2024-cü  illərdə  keçiriləcək  kişilər  və  qadınlar  arasında  Avropa  çempionatlarının  təşkil  olunacağı  yerlərin  seçilməsi  və  s.  də  var.

Ölkəmizi  konqresdə  AHF-nin  prezidenti,  Azərbaycan  Avtomobil  Yolları  Dövlət  Agentliyinin  İdarə  Heyətinin  sədri  Saleh  Məmmədov  və  vitse-prezident  Orxan  Abbasov  təmsil  edəcək.

Digər Xəbərlər

“Kür” liderliyi davam etdirir

1235 04.02.2025

Avropa çempionatı: ESP (İspaniya) - ISR (İsrail) 37:15

2137 09.08.2023

Bakıda beynəlxalq həndbol turniri başlandı

1480 28.08.2024

AHF-də iclas keçirilib

2833 14.11.2021

Avropa çempionatı: GEO (Gürcüstan) - BİH (Bosniya və Herseqovina) 20:38

2163 10.08.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

1887 23.01.2024

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

1489 06.01.2025

Qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib

2396 05.02.2023